“İsrail rejim sonunun başlanğıcında”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, işğal olunmuş ərazilərin İsrail rejim baş nazirinə qarşı etirazlar bu şənbə günü də davam edib. Rejim mediası Təl-Əvivdə Netanyahuya qarşı keçirilən nümayişlərin 10-cu həftəsində bu etirazlarda ən azı 200 min insanın iştirak etdiyini açıqlayıb.

Benyamin Netanyahunun siyasətlərinə etiraz prosesi bir müddətdir ki, hərbi və təhlükəsizlik qurumlarını əhatə edəcək şəkildə uzadılıb və getdikcə daha çox adi hala çevrilir, daha çox zabit və əsgər artıq orduda xidmət etmək istəmədiyini bəyan edir.

Netanyahunun başçılıq etdiyi rejimin Nazirlər Kabineti yanvarın 4-də bu rejimin məhkəmə sistemində islahatların aparılması planını təqdim edib. İllərdir korrupsiya, rüşvətxorluq və vətənə xəyanətlə mühakimə olunan Netanyahu məhkəmə-hərbi islahat adlandırdığı şeylə bu işdən qurtulmağı planlaşdırır.

Bu günlərdə rejimin baş qərargah rəisi Herzi Hollovey sionist rejimin təhlükəsizlik və siyasi təşkilatlarının komandirləri ilə bağlı qapılar arxasında keçirdiyi görüşdə ordu əsgərlərinin itaətsizliyi və Netanyahunun kabinetinə qarşı etirazların genişlənməsi ilə bağlı xəbərdarlıq edib və deyib: “Vəziyyət çox təhlükəlidir və bu böhrana çarə tapmasalar, ordu və (İsrail) çətin dilemma qarşısında qalacaq” deyən o, ordunun siyasi oyunlardan və ictimai çəkişmələrdən uzaq tutulmasını tələb edib və rejimin süqutu və sonunun başlanğıcı kimi rejim ordusunda xidmətdən imtinanın genişlənməsi təsvir edib.