“Bu gün İsrail rejiminin əsl siması artıq hamıya məlumdur”

Tehranın Cümə Namazının müvəqqəti xətibi Ayətullah Siddiqi dünənki cümə xütbəsində gündəmi dəyərləndirib. Ayətullah Siddiqi Fələstin məsələsinə toxunaraq bildirib ki, sionist rejimin məğlubiyyəti davam edir.

Ayətullah Siddiqi "Bu gün Allahın lütfü ilə ABŞ və onun müttəfiqləri və İsrail rejiminin əsl siması hər kəs tərəfindən keçmişdəkindən daha aydın başa düşülür. Bu günə qədər Qərb heç vaxt xalqlar arasında bu qədər təcrid olmamışdı" deyib.

Ayətullah Siddiqi Yəmənin ABŞ-a qarşı hərəkətlərinə toxunaraq, "Bu gün Yəmən ABŞ və İsrail rejiminə qarşı yeni cəbhə açıb" deyib.

İslam dünyasının ilk məsələsinin Fələstin məsələsi olduğunu bildirən Ayətullah Siddiq “Bu gün bu məsələ kritik həddə çatıb və İslam cəmiyyətinin Fələstin torpaqlarını qəsbkar rejimdən alması lazımdır” söyləyib.