Bu gün İmam Həsənin (ə) şəhadət günüdür

 7 Səfər İmam Həsənin (ə) şəhadət günüdür.

Şeyx Kuleyni və Həzzazi-Qummi də İmam Həsən (ə.s)-ın Səfər ayının sonlarında şəhid olduğunu söyləyirlər.  Lakin Səfər ayının 7-si ilə bağlı rəvayət olduğu üçün bütün təqlid olunan müctehidlər həmin günün də şəhadət günü kimi keçirilməsini təkid edirlər (“Kafi”, c. 1, s. 461. “Kifayətul-Əsər”, s. 229.)

İmam Həsən (ə.s) xilafətdən əl çəkib zahiri xilafəti Müaviyəyə buraxdıqdan sonra Mədinəyə qayıtdı. Orada İslami elmləri xalqa öyrətmək və onu yaymaqla məşğul oldu.

Lakin Müaviyə öz hiylələrindən əl çəkmədi; hələ müqavilənin imzalanmasından çox vaxt keçməmiş, müqavilənin şərtlərini öz ayaqları altına aldı. 

Müaviyə xilafətin əbədi olaraq ona və ailəsinə qalmasına xatircəm oması üçün İmam Həsən (ə.s)-ı öldürməyi qərara aldı. Öz iyrənc və şeytani məqsədini həyata keçirmək üçün  4 dəfə İmam Həsən (ə.s)-ı zəhərlətdi. Lakin müaviyə sonuncu dəfə, İmamın xanımı olan Əş’əsin qızı Cüdənin vasitəsi ilə çox təsirli bir zəhərlə İmam (ə.s)-ı zəhərlətdi. 

İmam Həsən (ə.s), Müaviyə tərəfindən ona edilən bu alçaq əməlin nəticəsində Mədə qanaxmasına düçar oldu, rəngi və halı dəyişdi və o halda ikən belə buyurdu: “Bir neçə dəfə məni zəhərlədilər, ama bu dördüncüsü qədər acısını görmədim.”

Cunadə belə buyurur: “İmam Həsən (ə.s)-ın vəfat etməsinə səbəb olan o xəstəliyi zamanı Onun hüzüruna getdim. Önündə bir ləyən gördüm. Müaviyənin (lə’nətullahi əleyh) ona içirtdiyi zəhər nəticəsində ağzından gələn qanı o ləyənə boşaldırdı. O Həzrətə: “Ey mövlam, nəyə görə özünü müalicə etmirsən? – dediyim zaman, buyurdu ki: “Ölümü nə ilə müalicə edim?” Bu sözü eşitdikdə “İnna lillahi və inna ileyhi raciun” – dedim.” 

İmam Həsən (ə.s), hicrətin 50-ci ilində 47-il yaşadıqdan sonra məlum zəhər nəticəsində şəhadətə yetdi… İmam (ə.s)-ın pak cənazəsini, cənazə namazından sonra, Rəsulullahın (s) qəbrini ziyarət etməsi və ya orada dəfn etmələri üçün [9] Rəsulullahın məzarı başına apardılar. 

Sələbət bin Malik belə buyurur: “İmam Həsən (ə.s)-ın cənazəsini müşayət edənlər o qədər çox idi ki, bir iynə atsaydın yerə düşməzdi.” 

Bəni Üməyyə bu hadisədən xəbərdar olduqda, camaatın Peyğəmbərin (s) ciyərparəsinin cənazəsini müşayət edəcəklərini və O Həzrətin mübarək nəşinə ehtiram edəcəklərini bilib, Onun babası Peyğəmbərin yanında dəfn edilməsinə mane oldular. Aişə də bir qatıra minib ora gələrək onları (Bəni Üməyyəni) dəstəklədi. 

Muhəmməd bin Müslim belə deyir: “İmam Baqir (ə.s)-dan belə buyurduğunu eşitdim:

“İmam Həsən (ə.s)-ın vəfat zamanı gəlib çatdıqda, qardaşı Hüseyn (ə.s)-a belə buyurdu:

“Qardaşım! Sənə bir vəsiyyətim var, onu qoru (yerinə yetir). Mən öldükdən sonra, qüsl və kəfən işlərindən sonra məni Cəddim Rəsulullahı ziyarət etmək üçün Onun qəbrinə apar, sonra anamın məzarına apar və sonra da Bəqi qəbristanlığında dəfn et. Bil ki, Humeyra (Ayişə) tərəfindən mənə bir müsibət yetişəcəkdir. – ki, xalq onun Allaha, Peyğəmbərinə və Əhli-Beytinə olan düşmənliklərini bilir.”

İmam Həsən (ə.s) vəfat edincə, Onu Həzrəti Peyğəmbərin (s) musəllasına (cənazəyə namaz qılınan yerə) apardılar. İmam Hüseyn (ə.s) cənazə namazını qıldı, sonra cənazəni məscidə apardılar və oradan da Rəsulullahın məzarı başına apardılar. Bu vaxt casuslardan biri Ayişənin yanına gedərək: “Bəni-Haşim, Həsənin cənazəsini Peyğəmbərin yanında dəfn etmək istəyir” -dedi.

Bu vaxt Ayişe, bir qatıra minərək dərhal çölə çıxdı. (O, İslamda qatıra minən ilk qadın idi) Və gələrək dedi ki: “Oğlunuzu evimdən çölə çıxarın! O, mənim evimdə dəfn edilə bilməz! Allah Rəsulunun hicabını yırta bilməzsiniz!.”

Buna qarşılıq İmam Hüseyn (ə.s) belə buyurdu: “Sən və atan daha əvvəl Allah Rəsulunun hicabını yırtdınız və Onun evinə, özünə yaxınlaşmasını sevmədiyi kəsləri (Əbu-Bəkr ilə Öməri) soxdunuz. Ey Ayişə! Allah bu işindən ötrü səni hesaba çəkəcəkdir.” 

Hətta məşhur bir rəvayətdə, burada İbn Abbasın Ayişəyə qəzəblənərək belə dediyi nəql olunur: “Ey Ayişə! Dünən dəvəyə mindin. Bu gün də qatıra minmisən. Qorxuram ki, yaşasan, sabah da filə minəcəksən. Sənin miras haqqın səkkizdə birin doqquzda biri qədərdir. Lakin sən bütün mirası ələ keçirdin.” 

İmam Hüseyn (ə.s), qardaşı İmam Həsən (ə.s)-ın vəsiyyətinə əsasən Bəni Üməyyə ilə döyüşmədi və İmam Həsən (ə.s)-ın cənazəsini Bəqi məzarlığına aparıb orada dəfn etdi. 

İmam Həsən (ə.s)-ın şəhadət gününün tarixiylə bağlı da ixtilaf vardır. Şeyx Mufid, İmam Həsən (ə.s)-ın , Səfər ayının 7-də şəhadətə yetdiyini yazır.  Şeyx Abbas Qumi, “Qurrətul-Bəsirə” risaləsində bu görüşü qəbul etmişdir. İbn Şəhraşub da Səfər ayının 28-i gününü İmam Həsən (ə.s)-ın şəhadəti günü olaraq bilməkdədir.

 

 

 Az.shafaqna.com