“Bavariya” darmadağın oldu

Ötən gün Almaniya Bundesliqasının XIV turunda “Bavariya” və “Ayntraxt” komandaları qarşılaşıb.

“Unikal” xəbər verir ki, Frankfurtdakı “Deutsche Bank Park” stadionunda baş tutan görüş 5:1 hesabı ilə “Ayntraxt”ın xeyrinə başa çatıb.

“Ayntraxt”dan Ömər Marmuş, Erik Cunior Ebimbe (dubl), Hüqo Larsson və Ansqar Knauff fərqlənib.

“Bavariya”dan təsəlli qolu Coşua Kimmix vurub.

Tomas Tuxelin yetirmələri 10 qələbə və iki heç-heçədən sonra Bundesliqada bu mövsüm ilk dəfə məğlub olublar.