Rus xanım İslamı qəbul edib müsəlman oldu

Müsəlman ölkəsinə səfər edən rusiyalı xanım Kristina Qurina İslam dinini qəbul edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Xanım Qurinanın İslama gəlişi münasibətilə xüsusi mərasim də keçirilib.

Mübarək Qurani-Kərim tilavəti ilə başlayan məclisdə ona İslam dini barədə məlumat verilib.

Rus xanım İslam dini ilə bağlı araşdırmalar apardığını və nəticədə müsəlman olmaq qərarına gəldiyini deyib və ardınca da kəlmeyi-şəhadət gətirərək müsəlman olub.

Ona mübarək Qurani-Kərim hədiyyə edilib.