"BakuBus"ın sürücüsü avtobusu saxlayıb namaz qıldı

Sosial şəbəkələrdə “BakuBus” sürücüsünün avtobusu saxlayaraq namaz qıldığına dair görüntülər yayılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, qurumun mətbuat katibi Əsmər Əliyevanın sözlərinə görə, hadisə avtobusun sonuncu dayanacağında baş verib və intervala təsir etməyib:

"Daxil olmuş video görüntü əsasında daxili araşdırma aparıldı. Görüntü, "BakuBus"ın istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəq) ibadətini yerinə yetirmişdir. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmamışdır".