Bu gün metronun Bənövşəyi xəttin deposunun, "Xocəsən" deposunu "Avtovağzal" stansiyası ilə birləşdirən iki tuneldən birinin qazıntı işləri artıq tamamlanıb.
Bakı Metropoliteni QSC-dən Teleqraf.com-a verilən məlumata görə, inşasına 2012-ci ilin iyul ayında başlanmış 1 112 metr uzunluğunda sağ tunelin qazıntı işləri xüsusi ağır hidrogeoloji şəraitdə aparılıb.
“"Xocəsən" deposunu "Avtovağzal" stansiyası ilə birləşdirən və inşası yekunlaşmış diametri 5,5 metr olan sağ tunelin yerləşdiyi coğrafi ərazinin torpaq qatının dayanıqsızlığı ilə yanaşı, zəngin qrunt suları, həmçinin ərazidə kanalizasiya xətlərinin olmaması səbəbindən müxtəlif çirkab suların təsiri də nəzərə alınmaqla, tunel qazıntısı daim diqqət mərkəzində saxlanılıb. Bundan savayı, tunelin yaxınlığında yerləşən 60-dan çox yaşayış evinin, Respublika əhəmiyyətli dəmiryol xəttinin, habelə mühüm mühəndis kommunikasiya xətlərinin yerləşdiyi sahələrin altından keçməsi də, xüsusi qabaqlayıcı tədbirlərin yerinə yetirilməsini tələb edib. Məhz bu səbəblərdən hər bir gözlənilməz qəza vəziyyətinin yaranmamasına inşaatın bütün dövründə xüsusi nəzarət edilib. Həmçinin belə halların qarşısının vaxtında alınması məqsədilə, əlavə qabaqlayıcı tədbirlər görülüb. Görülən tədbirlər sayəsində inşaat işlərinin aparıldığı dövrdə inşaat meydançasında heç bir xoşagəlməz hadisə baş verməyib və bütün çətinliklərə, həmçinin tunelin mürəkkəb konfiqurasiyasına rəğmən, markşeyderlərin dəqiq hesablamaları nəticəsində sağ tunelin tikintisi uğurla başa çatdırılıb və ən yüksək dəqiqliklə mövcud tunelə birləşdirilib. Tunelin tikintisində 1097 çuqun halqadan istifadə olunub”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, "Avtovağzal" stansiyasını "Xocəsən" deposu ilə birləşdirəcək sol tunelin inşasında işlər davam etdirilir: “Sol tunelin uzunluğu isə 1182 metrdir. Tunelin 644 metri artıq qazılıb və hazırda inşaat işləri davam etdirilir”.
Qeyd edək ki, hazırda Bakı metrosunun 3 xətti və yalnız bir deposu fəaliyyət göstərir. Qırmızı xəttin "Nərimanov" elektrik deposu hazırda Yaşıl xəttə də xidmət göstərir. Yaşıl xəttin "Dərnəgül" deposunda isə inşaat işləri aparılır.
2016-cı il aprelin 19-da ilk iki stansiyası istismara verilmiş Bənövşəyi xəttin “Xocəsən” qəsəbəsində yerləşən deposunun da layihələndirmə və tikintiyə hazırlıq işləri yerinə yetirilir.
"Xocəsən"-“Avtovağzal” metro tunelinin qazıntısı başa çatdı

Oxşar xəbərlər