İsitmə mövsümünün başlanğıc tarixinin dəyişdirilməsi temperatur 8 dərəcədən aşağı olduqda mümkündür
Noyabrın 6-da səhər Bakıda havanın temperaturu 13 dərəcə isti idi, zəif yağış yağırdı. Şəhərdə hava sərin idi, Bakı mənzillərində mərkəzi isitmə işləmir, belə ki, isitmə mövsümü noyabrın 15-də başlayır. Müasir Azərbaycanda noyabrın 15-dən aprelin 15-nə qədər isitmə mövsümü haqqında köhnə sovet təlimatlarını ləğv etmirlər, baxmayaraq ki, 1991-ci ildə SSRİ-nin dağıldığı vaxtdan etibarən bütün dünyada iqlim dəyişib.
Hər il noyabrın 15-nə 2-3 həftə qalmış bakılılar donur, xəstələnir, mənzilləri isitmək üçün elektrik enerjisini artıq sərf edir, belə ki, "Azəristiliktəchizat" batareyalara qaynar su vermir. Amma noyabrın 15-dən sonra belə istilik mənzillərə həmin gün daxil olmur, bəzən bir neçə gün gecikir, ona görə ki, isitmə sistemində nasazlıqlar aşkar edilir. Ötən isitmə mövsümünün əvvəlində Bakıda Nərimanov prospekti, 5 nömrəli binada belə olmuşdu.
Turan-ın müxbiri "Azəristiliktəchizat" ASC-nin abunə şöbəsinin müdiri Rafiq Əliyevlə söhbət edib. O xatırladıb ki, uşaq bağçalarında, uşaq evlərində, xəstəxanalarda və Bakının digər sosial obyektlərində əvvəlcədən bağlanmış müqaviləyə uyğun olaraq isitmə sistemi artıq işləyir - söhbət "Azəristiliktəchizat" ASC-dən istilik alan obyektlərdən gedir, öz istilik sistemləri olan obyektlər isə bu sistemləri istədikləri zaman işə sala bilərlər.
Amma "Azəristiliktəchizat" ASC-nin xidmət etdiyi yaşayış evləri isitmə sisteminə noyabrın 15-dən qoşulur. Bakıda atmosfer temperaturu 8 dərəcə istidən aşağı olduqda və bu temperatur 3 gün davam etdikdə, ASC isitməni təcili olaraq işə salar.
""Azəristiliktəchizat" ASC müəyyən edilmiş normativdən əvvəl yaşayış evlərinə istilik verməyə başlaya bilməz, belə ki, istilik verilməsi təkcə bizim cəmiyyətin işi deyil. Biz su təchizatı, qaz təchizatı idarələri və icra hakimiyyətlərinin mənzil idarələri ilə birlikdə fəaliyyət göstəririk. Su, qaz verilmədən və müəyyən təsərrüfat işləri həyata keçirilmədən, Bakıda 550 qazanxananı müəyyən edilmiş tarixdən əvvəl işə salmaq qeyri-mümkündür. İstilik təchizatının başlanğıc tarixinin dəyişdirilməsi üçün Bakı şəhər İH-nin əlaqələndirici rəhbərliyi altında bir neçə idarə birgə hərəkət etməlidir. İsitmənin başlanğıc tarixinin dəyişdirilməsi haqqında qərarı bizim idarə deyil, Bakı şəhər təsərrüfatı rəhbərliyi, Nazirlər Kabineti qəbul edə bilər", deyə R.Əliyev bildirib.
O, Bakıda 3-4 gün əvvəlki isti hava şəraitini yada salıb, bu günlərdə yaşayış binalarında isitməyə ehtiyac yox idi. "Noyabrın 1-də isitmə mövsümünü başlatsaydıq, əsassız enerji israfına yol verərdik. Apreldə də belə olur. Gözlənilmədən hava istiləşir, biz isə isitməni aprelin 15-də dayandırırıq. Bakılılar istidən mənzillərdə pəncərələri açmaq məcburiyyətində qaldıqlarından şikayət edirlər və istilik verilməsinə son qoyulmasını tələb edirlər. Amma biz bunu edə bilmərik və əbəs yerə qaz yandırırıq.
Hesab edirəm ki, isitmə mövsümünün başlanğıcı kimi 15 noyabr tarixi doğru müəyyən edilib", deyə R.Əliyev söhbəti yekunlaşdırıb.
Əlavə edək ki, 01 aprel 2017-ci ilin aprelindən "Azəristiliktəchizat" ASC isitmə üçün 1 kubmetr qaynar suyun dəyərini əhali üçün 1,92 manat, biznes və idarələr üçün isə 3,1 manat olaraq müəyyən edib. Əvvəllər bir kubmetr qaynar suyun qiyməti 0,40 manat idi. Yeni tarifi açıqlayan ASC-nin saytı qeyd edib ki, bu qiymət "Azəristiliktəchizat" ASC-nın xərclərini ödəmir. İstlik təchizatı işçilərinin işinin gəlirsizliyi bu səhmdar cəmiyyətin xidmətlərinin bahalaşmasını gözləmək üçün əsas verir.
"Azəristiliktəchizat"da hesab edirlər ki, istilik ən tez noyabrın 15-də verilməlidir

Oxşar xəbərlər