“Azəristiliktəchizat”ın qaz təminatı borca görə dayandırılıb

Son günlər paytaxtın bir neçə yerində istilik təchizatı ilə bağlı yaranan problemlərlə əlaqədar "Azəriqaz” İB məlumat yayıb. 
 
"Azəristiliktəchizat” ASC tərəfindən bu ilin 6 ayı ərzində 130 milyon 234 min 456 kubmetr həcmində, 26 milyon 46 min 891,20 manat məbləğində təbii qaz istehlak olunub. Lakin bu günə qədər heç bir ödəniş olunmayıb:
 
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 6.1.4. bəndinə əsasən "qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər. Buna baxmayaraq "Azəriqaz” İstehsalat Birliyi əhalinin qış aylarında mənzillərin qızdırılmasına və isti suya olan təlabatını nəzərə alaraq "Azəristiliktəchizat” ASC-nin qaz təminatını dayandırmayıb.
 
"Azəristiliktəchizat” ASC istehlak etdiyi təbii qazın dəyərini bu günədək ödəmədiyini və yay fəslinin olmasını nəzərə alaraq, bəzi ərazilərdəki qazanxanaların qaz təminatı dayandırılıb”.