"Azəristiliktəchizat" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 181,536 mln manat təşkil edib.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 751,7 min manat və ya 0,41%azdır.
2018-ci ildə səhmdar cəmiyyətinin uzunmüddətli aktivləri 0,68%artaraq 158,257 mln manata, qısamüddətli aktivləri isə 7,2% artaraq 23,278 mln manata çatdırılıb.
Hesabat dövründə "Azəristiliktəchizat"ın cəmi öhdəlikləri 4,05 dəfə və ya 74,257 mln manat azalaraq 24,321mln manat təşkil edib.
Bunun 9,722 mln manatı ötən il yaranmış uzunmüddətli öhdəliklər təşkil edir, 14,599 mln manatı isə qısamüddətli öhdəliklərdir ki, bu da illik müqayisədə 6 dəfə azdır. İl ərzində səhmdar cəmiyyətinin cəmi kapitalı isə 87,8% artaraq 157,214 mln manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 136,685 mln manat olub.
"Azəristiliktəchizat" 2018-ci ili 67,959 mln manat mənfəətlə başa vurub. Bununla da, qurumun ödənilməmiş zərəri 68,149 mln manata enib.
Qeyd edək ki, "Azəristiliktəchizat" 2017-ci ili 18,825 mln manat xalis zərərlə başa vurmuşdu.
"Azəristiliktəchizat" ötən ili 68 mln manatdan artıq mənfəətlə başa vurub

Oxşar xəbərlər