Azərbaycanın Fransada xərclədiyi pulları məhv oldu

Fransanın son zamanlar kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.

Fransanın “Le Messager” nəşri xəbər verir ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda “Azərbaycan parkı”nın yığışdırılmasına qərar verib.

Qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Xatırladaq ki, “Azərbaycan Parkı” 2017-ci ildə Heydər Əliyev Fondunun maliyyə vəsaiti hesabına yaradılıb.

Fransız nəşrinin məlumatına görə, bazar ertəsi, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər.

Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.

Qeyd olunub ki, şəhər rəhbərliyinin son qərarına səbəb Fransanın Ermənistana “sevgisi” olub.

Fransanın Minsk qrupuna həmsədrlik etdiyi 30 il müddətində rəsmi Bakı bu ölkəni Azərbaycanın dostu kimi təqdim etməyə çalışmışdır. Bu istiqamətdə Fransadan heç bir xeyir görməyən Azərbaycan, öz iddiasına nümunələr göstərmək məqsədi ilə, Fransanı dost etmə cəhdləri həyata keçirmişdir. Bu cəhdlər böyük vəsait hesabına mümkün olmuşdur. Buna nümunə olaraq 2009-cu ildə Strasburqun “Notre Dame” kilsəsinin təmir-bərpasına  Heydər Əliyev Fondu tərəfindən külli miqdareda maliyyə vəsaitinin ayrılmasını misal göstərmək olar.

Əlbəttə rəsmi Bakının bu səyləri sadəcə Fransa deyil Xristian dünyasını əhatə edib.

Müxtəlif illərdə Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Marçellinio və Pietro katakombaları, Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi, Strasburq kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərə şəbəkəsi, Fransanın Versal sarayında və parkında iki abidə bərpa olunub. Fond Luvr Muzeyində aparılan bərpa işlərinə maliyyə vəsaiti ayırıb,  İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası üçün ianə kampaniyasına maliyyə yardımı etdib.  Və bunlar həyata keçirilən layihələrin sadəcə bir qismidir.

Azərbaycan Respublikası maliyyə vəsayitinin varlı Avropada xristian abidələrin və Avropa mədəniyyətinin mühafizəsi üçün sərf olunmasına rəğmən Fransa başda olmaqla xristian dünyası Azərbaycan torpaqlarının işğaldan azad olunmasına həmişə maneə yaratmışlar və işğaldan azad edildikdən sonra da Azərbaycana qarşı aşkar düşmənçiliyə başlamışlar. Onlar Azərbaycanın 30 il işğal altında olan ərazilərində mədəniyyət abidələrinin yox edilməsinə heç vaxt münasibət bildirməyiblər əksinə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanı erməni dini və mədəniyyət abidələrini dağıtmaqda ittiham edirlər.

 

Səhər Azəri