2018-ci ilin birinci yarısında axtarışda olan təqsirləndirilən və itkin düşmüş şəxslər barədə statistika açıqlanıb.
Rəsmi statistik göstəricilərə istinadən xəbər verilir ki, 2018-ci ilin birinci yarısınadək axtarışda olan təqsirləndirilən şəxslərin sayı 3 490 nəfərdir. Onlardan 1 882 nəfəri cari ilin birinci yarısında müəyyən edilənlərdir. 2018-ci ilin birinci yarısında axtarışda olanların sayı isə 1 608 nəfər təşkil edib.
Hesabat dövründə cəzaçəkmə müəssisələrindən qaçanların sayı 17 nəfər olub. Bu ilin birinci yarısında qaçdığı müəyyən edilənlər 2 nəfərdir. Cəzaçəkmə müəssiələrindən qaçan və 2018-ci ilin birinci yarısında hələ də axtarışda olanların sayı 15 nəfərdir. Cari ilin birinci yarısında cəza çəkməkdən boyun qaçıranların sayı 21 nəfər təşkil edib.
Rəsmi məlumatlara görə, axtarışda olan təqsirləndirilən şəxslərin ümumi sayından 14-17 yaşda olan uşaqlar cəmi 35 nəfərdir.
Törədilmiş cinayət növləri üzrə axtarışda olan şəxslərdən 35 nəfəri dövlət hakimiyyəti əleyhinə olan cinayətlər, 41 nəfəri banditizim, 88 nəfəri qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 7 nəfəri zorlama, 477 nəfəri oğurluq, 36 nəfəri soyğunçuluq, 51 nəfəri quldurluq, 965 nəfəri dələduzluq, 79 nəfəri mənimsəmə və israfetmə, 193 nəfəri xuliqanlıq, 21 nəfəri hərbi xidmətdən boyun qaçırma, 106 nəfəri hərbi xidmət əleyhinə olan cinayətlər, o cümlədən 57 nəfəri fərariliklə, 1391-i isə digər cinayətlərlə bağlı təqsirləndirilir.
Hesabat dövründə dövlət orqanlarından gizlənən aliment vermə işləri üzrə borclu və cavabdeh şəxslərin sayı 6 413 nəfər təşkil edib.
İndiyədək itkin düşümüş şəxslərin sayı 619 nəfərdir ki, onlardan 83 nəfəri 18 yaşadək uşaqlardır.
Azərbaycandakı cəzaçəkmə müəssisələrindən 17 nəfər qaçıb

Oxşar xəbərlər