Azərbaycanda “Avro-5” benzini istehsal olunacaq

Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Bu da çox önəmli sənaye layihəsidir.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, “bu, bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək”.

“Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin “Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcəkdir. Eyni zamanda, bu zavodun yenidənqurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək”, - deyə, prezident bildirib.