Premyer Liqa: "Karvan-Yevlax" cari mövsümdə ikinci qələbəsini də "Kəpəz" üzərində qazanıb

Premyer Liqa: Karvan-Yevlax cari mövsümdə ikinci qələbəsini də Kəpəz üzərində qazanıb

"Karvan-Yevlax" klubu cari mövsümdə ikinci qələbəsini də "Kəpəz" üzərində qazanıb.

Bölgə təmsilçisi Misli Premyer Liqasının XXVII turunun açılış matçında rəqibini 4:1 hesabı ilə üstələyib.

Yevlax təmsilçisinin qollarını 38, 45+1 və 90+4-cü dəqiqələrdə Rauf Rüstəmli, 65-ci dəqiqədə Eltun Turabov vurub.

Gəncə komandasının heyətində 48-ci dəqiqədə Fərid Nəbiyev fərqlənib.

Xallarının sayını 11-ə çatdıran "Karvan-Yevlax" sonuncu - 12-ci pillədə qərarlaşıb. "Kəpəz" 21 xalla 10-cu sıradadır. Yevlaxlılar II turda da bu rəqibini məğlub etmişdi - 3:2.

Xatırladaq ki, tura aprelin 12-də yekun vurulacaq.