Nazirlər Kabinetində 2020-ci ilin dövlət büdcəsi layihəsi müzakirə edilib

Nazirlər Kabinetinin sentyabrın 23-də keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsi və icmal büdcə layihələri müzakirə edilib.

Hökumət üzvləri 2020-ci il və gələn üç il üzrə dövlət büdcəsi və icmal büdcənin proqnozlaşdırılan göstəricilərini, 2020-ci il və 2023-cü ilə qədər iqtisadi və sosial inkişaf konsepsiyasını müzakirə ediblər.