Azərbaycandakı bu şəhərlərin baş planları təsdiqləndi

Nazirlər Kabineti Azərbaycandakı bir sıra şəhərlərin 2034-2036-cı illəri əhatə edən dövrdə inkişafına dair baş planlarını təsdiqləyib.

Müvafiq qərarları baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarlara əsasən, Masallı şəhərinin 2034-cü ilə qədərki Şəmkir şəhərinin 2035-ci ilə qədərki, Xaçmaz şəhərinin 2035-ci ilə qədərki, Tovuz şəhərinin 2036-cı ilə qədərki, Göygöl şəhərinin 2033-cü ilə qədərki, Salyan şəhərinin 2035-ci ilə qədərki baş planları təsdiqlənib.