Ayətullah Xamenei şəhid general Seyid Razi Musəvi üçün cənazə namazı qılıb

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Suriyada şəhid olan general Seyid Razi Musəvi üçün cənazə namazı qılıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun aparıcı komandirlərindən biri, Suriyada hərbi müşavir vəzifəsində xidmət edən general Seyid Razi Musəvi dekabrın 25-də törədilən terror aktında şəhid olub.

Şəhid general Qasım Süleymaninin yoldaşlarından olan general Seyid Razi Musəvi Suriyadakı İnqilab Keşikçiləri Ordusunun keçmiş hərbi məsləhətçilərindən biri olub.