Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Höccətül-İslam vəl-Müslimin Hacı Şeyx Möhsün Əli Nəcəfinin vəfatı münasibətilə Pakistan Elmi Hövzələri və elm adamlarına başsağlığı verib.
“leader.ir” saytı xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
"Rəhmam və Rəhim Allahın adı ilə!
İnnə lilləhi və innə iləyhi raciun.
Dəyərli alim, mərhum xidmətçi Höccətül-İslam Möhsün Əli Nəcəfinin vəfatı xəbəri təəssüf və kədərə səbəb oldu. Bu möhtərəm alimin itkisi ilə əlaqədar Pakistanın alimləri və Elmi Hövzələrinə, onun ailəsi və dostlarına, xüsusən, hörmətli “Baltistan” şiələrinə başsağlığı verir, Allahdan bu təqvalı alim üçün geniş məğfirət, yüksək dərəcələr, möhtərəm varislərinə isə səbir və mükafat diləyirəm!
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh!"
Qeyd edək ki, Ayətullah Möhsün Əli Nəcəfi Pakistanda görkəmli şiə alimləri və təfsirçilərindən idi. O, Nəcəfdə Ayətullah Xoyi və Şəhid Ayətullah Məhəmməd Baqir Sədr kimi ustadlardan təhsil almışdır. Mərhum Ayətullah Nəcəfi "Əhli-beyt" və "Kövsər" Universitetlərinin təsisçisi, Pakistanda Əhli-Beyt (ə) Ali Şurasının sədri, "Üsvə" təhsil sisteminin və bir sıra özəl kolleclərin təsisçisi idi.
 
 
Maidə.az