Avropa Parlamentinin İnsan Haqları Alt Komitəsi genişləndirilmiş iclasında “Azərbaycanda müstəqil mediaya və vətəndaş cəmiyyətinə basqılar” mövzusunda müzakirə keçirib.
Turan xəbər verir ki, müzakirədə iqtisadçı Qubad İbadoğlunun qızı və onun nümayəndəsi, hüquqşünas Jalə Bayramova, jurnalist Arzu Qeybullayeva və Avropa Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun təmsilçisi Aleksandros Sabou çıxış ediblər və avropalı deputatların suallarını cavablandırıblar.
Ölkədə siyasi həbslərin intensivləşməsindən, ailəsinin qanunsuzluqların qurbanı olmasından danışan Jalə Bayramova atası Qubad İbadoğlunun səhhətinə də toxunub, təcili ürək əməliyyatına ehtiyacı olduğunu qeyd edib. O, Azərbaycan hökumətini atasının ölkədən çıxışına qoyulan qadağanı ləğv etməyə çağırıb.
İnsan Haqları Alt Komitəsinin sədri Mounir Satouri isə deyib ki, Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramova rəsmi məktub göndərərək İbadoğlunun Saxarov Mükafatının təqdimetmə mərasimində iştirakı üçün ölkədən çıxışına qoyulan qadağanın ləğvinə çağırıb. Satouri Azərbaycan rəsmiləri ilə dialoqa hazır olduqlarını da bildirib.
Avropa Parlamentinin üzvü Bernard Getta isə sözügedən məsələnin həlli məqsədilə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə müraciət etdiyini açıqlayıb.
Qeyd edilir ki, jurnalist Arzu Qeybullayeva Azərbaycanda müstəqil medianın qarşılaşdığı çətinliklərdən, Aleksandros Sabou isə vətəndaş cəmiyyətinin və intellektual azadlığın daralmasından danışıb. Hər ikisi də siyasi məhbus hesab etdikləri şəxslərin, o cümlədən Bəhruz Səmədov, Rüfət Səfərov, Anar Məmmədli və Qubad Qubad İbadoğlunun azad olunmasını tələb ediblər.
İclasda Avropa Parlamentinin Azərbaycanda insan haqları ilə bağlı artan narahatlığı və islahatlar üçün beynəlxalq təzyiqin artırılmasının vacibliyi ifadə olunub.
Yerli hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu bildirsələr də, Azərbaycan hakimiyyəti bununla razılaşmır, ölkədə heç kimin siyasi fəaliyyətinə görə təqib olunmadığını, bütün hüquq və azadlıqların təmin edildiyiniu bildirirlər.
Avropa Parlamentində Azərbaycandakı həbslərlə bağlı müzakirə