Alim öldü aləm öldü

Azərbaycan xalqı daha bir dəyərli ziyalısı, din xadimi, əvəzsiz insanı ilə vida yaşayır. Bu gecə ruhani Hacı Seyid Fəramiz Abbasov səhhətində yaranan kəskin xəstəliklər səbəbindən dünyasını dəyişib. İlahiyyatçı Seyid Fəramiz Abbasov mənəvi təkamüldə bənzərsiz bir insan, ruhu paklıqda xüsusi məqama yüksəlmış təvqa mücəssəməsi, iradə və mübarizə ruhu ilə qüdrət nümayiş etdirən Peyğəmbər nəslinin şərəfli davamçılarından, ruhani-alimlərindən idi. Onun itkisi bütöv xalqımıız üçün sözün həqiqi mənasında ağır bir itkidir.

Allah rəhmət eləsin.