Ali Rəhbər Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Xamenei bir qrup zəvvarın Kirmanda şəhid Hacı Qasim Süleymaninin şəhadətinin ildönümündə Gülzari-Şühəda yolunda baş verən terror hadisə qurbanlarının ailələrinə başsağlığı verib.
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
"Rəhman və Rəhmli Allahın adı ilə! İran xalqının şər və cinayətkar düşmənləri bir daha faciə yaradaraq, Kirmanda və şəhid məzarlarının ətirli fəzasında çoxlu sayda əziz insanı şəhid etdilər.
İran xalqı yasa batdı, bir çox ailələr əzizlərinin ölümünə görə əzadar oldular. Qəddarürəkli cinayətkarlar xalqın böyük sərkərdəsi Şəhid Qasım Süleymaninin məqbərəsini ziyarət etmək şövqünə və sevgisinə dözə bilmədilər. Onlar bilsinlər ki, Şəhid Süleymaninin işıqlı yolunun əsgərləri onların rəzilliyi və cinayətinə dözməyəcəklər. Həm günahsızların qanına bulaşmış əllər, həm də onları bu azğınlığa sürükləyən pozğun və şər beyinlər bundan sonra qəti şəkildə ədalətli təqib və cəzaya hədəf olacaqlar. Bilsinlər ki, bu faciənin cavabı ağır olacaq, inşallah!
Yas sahiblərinin dərdinə şərik olaraq Uca Allahdan onlara səbir və təsəlli diləyirəm! Şəhidlərin pak ruhu, inşallah, iki dünya xanımı və şəhidlər anası Həzrət Fatimeyi-Zəhranın (s.ə) qonağıdır. Hadisədə yaralananların dərdinə şərik olaraq, Allah dərgahından onlara şəfa diləyirəm!