ABŞ-ın Suriyadakı bazasına növbəti PUA hücumu həyata keçirilib

İraq İslami Müqaviməti Suriyada ABŞ əsgərlərinin yerləşdiyi Hemo bazasına PUA hücumu həyata keçirdiyini açıqlayıb.

İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazalara hücumlar davam edir.

İraq İslami Müqavimətinin bəyanatında deyilir:

“Sionist rejimin fələstinli qadın, uşaq və qocaları hədəf alan hücum və qırğınlarına cavab olaraq mücahidlərimiz bu gün səhər saatlarında işğal altındakı Hemoya bomba yüklü PUA ilə hücuma keçiblər. Baza Qamışlı hava limanının qərbində yerləşir”.

Açıqlamada PUA-nın hədəfə çatdığı bildirilib və əlavə edilib: “Müqavimət düşmənin qalalarını məhv etməyə davam edəcək”.