“Zirə” II liqa klubuna məğlub olub

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” Macarıstanın II liqa təmsilçisi “Seqed-Çanad”la yoxlama görüşü keçirib.

Operativtv.com Reporta istinadən məlumatına görə, Bakı klubu günün ilk qarşılaşmasında rəqibinə 1:3 hesabı ilə məğlub olub.

“Zirə”nin yeganə qoluna 34-cü dəqiqədə Toni Qomes imza atıb. “Seqed-Çanad”ın heyətində 30-cu dəqiqədə Simon Adam, 45+5-ci dəqiqədə penaltidən Norbert Kundrat və 59-cu dəqiqədə Haruna Cammeh fərqləniblər.

“Zirə” günün ikinci, Antalya toplanışının isə son yoxlama görüşünü Serbiya klubu “Radniçki”yə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.