Bakıdakı Respublika Toksikoloji Mərkəzinə yerləşdirilən İranın "Nazmehr" yük gəmisinin səkkiz dənizçisindən altısı gün ərzində evə buraxılıb. Digər iki nəfərin vəziyyəti qənaətbəxşdir, narahatlığa əsas yoxdur. Çox güman ki, onlar şənbə günü evə buraxılacaqlar. Bu barədə mərkəzin rəhbəri Azər Maqsudov bildirib.
Xatırladaq ki, dənizçiləri azrbaycanlı sərhədçilər xilas ediblər. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, sahil-mühafizə gəmisi iki dəfə yük gəmisinə yan alıb.
Birinci dəfə kater gəmiyə saat 00.30-da yan alıb. Həmin vaxt komandanın 12 üzvündən (bir nəfər Ukrayna vətəndaşı, 11 nəfər İran vətəndaşı) 7-i huşsuz vəziyyətdə olub, onları katerin bortuna alıblar.
Gəminin kapitanı bildirib ki, üç nəfərdə həyat əlamətləri hiss olunmur.
Zərərçəkənlər sahildə təcili yardım briqadasına verilib.
Saat 04.00-a yaxın "Nazmehr" gəmisinin kapitanı əlaqə yaradaraq daha 4 dənizçinin vəziyyətinin pisləşdiyini bildirib və kömək istəyib.
Keşikçi qayığı yenidən yük gəmisinə yan alaraq 4 nəfəri götürüb və sahilə çatdırıb.
Xilas edilənlər Respublika Toksikoloji Mərkəzinə yerləşdiriliblər. Məlumatlı mənbələr bildiriblər ki, gəminin kapitanı Ukrayna vətəndaşı yüngül zəhərlənib və o, gəmini tərk etməyib.
Hələlik zəhərlənmənin səbəbləri məlum deyil.
Zəhərlənən altı iranlı dənizçi Toksikoloji Mərkəzdən buraxılıb

Oxşar xəbərlər