Böyük Britaniya rəsmi qurumları tərəfindən Solsberidəki zəhərlənmə hadisəsində şübhəli bilinən Rusiya vətəndaşları Aleksandr Petrov və Ruslan Boşirov ilk dəfə müsahibə veriblər.
Rusiya KİV-inə istinadən xəbər verilir ki, onlar daha əvvəl Skripallar barədə xəbərsiz olduqlarını bildiriblər.
Hər iki şəxs polisin iddia etdiyi kimi, içində zəhərli maddə olan ətir qabı gətirmədiklərini, əgər belə olsaydı, sərhəddə gömrük və polis əməkdaşlarının diqqətini cəlb edə biləcəklərini vurğulayıblar. Onlar həmçinin Böyük Britaniyaya işgüzar məqsədlə və turist kimi getdiklərini vurğulayıblar.
Qeyd edək ki, bu ilin mart ayında Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızını zəhərləyiblər. Böyük Britaniyada bu hadisə Rusiya tərəfindən həyata keçirilən sui-qəsd olaraq dəyərləndirilib. Sentyabrın 5-də isə yerli prokurorluq hadisədə Petrov və Boşirovun şübhəli bilindiklərini açıqlayıb.
"Skripal işi"ndə şübhəli sayılan şəxslər ilk dəfə müsahibə veriblər

Oxşar xəbərlər