Şabran rayonunda hisə verilmiş balığı yeyən vətəndaşlar kütləvi şəkildə zəhərləniblər. Onlardan ikisinin vəziyyəti ağırdır.
Oxu.Az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinə baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub.
Agentliyin mütəxəssislərindən ibarət İşçi Qrup hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün Şabran rayonuna ezam olunublar.
Agentliyin direktor müavini Balarəhim Quliyev deyib ki, ilkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi məlum olub.
Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq əməkdaşlarının apardıqları araşdırma zamanı hisə verilmiş balıq məhsullarının Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olub. Elə buna görə də həm mağazanın, həm də balıq məhsulunun hazırlandığı sahənin fəaliyyəti dayandırılıb.
Zəhərlənmiş beş nəfər əvvəlcə Şabran rayonu xəstəxanasına yerləşdiriliblər. Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Klinik Tibbi Mərkəzə köçürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Azərbaycanda kütləvi zəhərlənmə: mağazalar bağlandı

Oxşar xəbərlər