“Zenit” və “Spartak” matçında futbolçular arasında kütləvi dava

Bu gün Sankt-Peterburqda Rusiya kubokunun qrup mərhələsinin final mərhələsi çərçivəsində "Zenit" "Spartak"ı qəbul edib. Qarşılaşmanın əsas vaxtı 0:0 hesablı bərabərliklə başa çatıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, matçın əsas vaxtı başa çatdıqdan dərhal sonra təkcə meydanda olan futbolçuların deyil, həm də əvəzedicilərin və məşqçilər korpusunun nümayəndələrinin iştirakı ilə meydanda kütləvi dava düşüb.

Vilmar Barrios və Quincy Promesin fitindən sonra qarşıdurma ilə başlayıb. Sonra Rodriqao və Şamar Nikolson da davaya qoşulub. 

Bundan sonra görüşün baş hakimi Vladimir Moskalev Şamar Nikolson, Aleksandr Sobolev , Aleksandr Selixov (Spartak), Malkolm, Vilmar Barriosu (Zenit) kənarlaşdırıb.