Yüzlərlə fələstinli və beynəlxalq təşkilat Cinayət Məhkəməsinə İsraildən şikayət edib

Yüzlərlə fələstinli və beynəlxalq təşkilat Beynəlxalq Cinayət Məhkəməsini İsrailin fələstinlilərə qarşı cinayətlərini araşdırmağa çağırıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, 198 fələstinli və beynəlxalq təşkilat Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanı və Beynəlxalq Cinayət Məhkəməsində İştirakçı Dövlətlər Assambleyasının sədri Silvia Fernandez De-Qurmendini İsrailin hərbi cinayətlərini araşdırmağa çağırıblar.

Məlumata görə, təşkilatlar Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etdikləri şikayətdə İsrailin Fələstin vətəndaş cəmiyyəti təşkilatlarını terrorçular kimi təsnif etməsini qınamağa, həmçinin İsraili bu qərarından döndərməyə çağırıb.

Təşkilatlar İsrailin 2022-ci ilin avqustunda Qəzza zolağına əsassız hərbi hücumu zamanı törətdiyi cinayətlərin Fələstindəki vəziyyətlə bağlı davam edən araşdırmaya daxil edilməsini də tələb ediblər.