Yəmən Ordusunun 3 gündə “təcavüzkar üçbucaq”a qarşı 6 əməliyyatı

Yəhya Sərii bu gün verdiyi açıqlamada Yəmən Ordusunun Qəzzanın məzlum əhalisinə dəstək məqsədilə üç gün ərzində 6 əməliyyat keçirdiyini bildirib.

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii televiziya vasitəsilə verdiyi açıqlamada deyib: “Qəzzada məzlum Fələstin xalqına dəstək və Yəmənə qarşı təcavüzə cavab olaraq Silahlı Qüvvələrimiz son üç gündə Qırmızı dəniz və Ədən körfəzində altı əməliyyat keçirib.”

O əlavə edib: “İki Amerika gəmisi “MAERSK SARATOGA” və “APL DETROIT” Ədən körfəzi və Qırmızı dənizdə hədəfə alınıb.”