Yəmən: İngiltərə və İsrailə məxsus 3 gəmini vurduq

Yəmən Silahlı Qüvvələri Qırmızı dəniz, Oman dənizi və Hind okeanında İngiltərə və İsrailə məxsus 3 gəminin vurulduğunu bildirib.

 Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Əl-Mesirah televiziyasında yayımlanan çıxışında Qırmızı dənizdə bir Britaniya gəmisinin raketlərlə hədəf alındığını və gəminin tam zərbə ilə vurulduğunu bildirib.

İşğal altındakı Fələstin limanlarına gedən 2 İsrail gəmisinin də vurulduğunu qeyd edən Səri, ilk gəminin (MSC GRACEF) Hind okeanında, digərinin (MSC GINA) Oman dənizində ballistik raketlərlə hədəf alındığı barədə məlumat verdi.

Seri Qəzzaya hücumlar dayanana qədər İsrail gəmilərinin Qırmızı dəniz, Oman dənizi və Hind okeanından keçməsinə mane olacaqlarını bir daha vurğulayıb.

 

 

Az.rasthaber.com