Yerevanda polis idarəsinə hücum olub

Martın 24-də yerli vaxtla 17.00 radələrində üç silahlı şəxs Yerevanın Nornork rayonunun polis idarəsinə hücum edib. Onlar qumbara partladaraq idarəyə daxil olmaq istəyiblər. Partlayış nəticəsində hücum edənlərin ikisi yaralanıb. Onlar xəstəxanaya çatdılırıblar. Daha bir silahlı polis idarəsinin önündə qumbara partladacağını deyrək təslim olmaq istəmir. Hüquq-mühafizə orqanları onunla danışıqlar aparırlar.
Yerli mətbuat hücum edənlərin “Silahlı qardaşlıq” təşkilatının üzvlərinin hücum edə biləcəyini yazıb. Amma təşkilat bəyanatla çıxış ederək bu hücumun onlarla əlaqəsi olmadığını, hər cür terrora qarşı olduqlarını bildirib.
Bazar günü səhər bu təşkilatın 50-yə yaxın üzvü polisə çağrılmışdı. Məlumata görə, onlar Qazaxın işğal altında olan kəndlərinə yaxın ərazilərə yollanmağı, “təlim keçməyi” planlayırmışlar. Polis təşkilata xəbərdarlıq etsə də, təşkilatın bəzi üzvləri həmin əraziyə yollanıblar.
 
 
AzadlıqRadiosu