Yeni düzən

Dünya yeni dəyişikliyin son anlarını yaşayır. Bəşəriyyət təkcə siyasi, iqtisadi deyil, eyni halda ideoloji dəyişiklərə imza atmaqla yeni əsrin yeni, daha mütərəqqi dövrünü başlayır. Bu günün dünyasıda güclərin hakim olduğu siyasi ortam yalnız güclü olanın diqtəsi ilə olmaq sistemini gerçəkləşdirir ki, dünyanın böyük çoxluğu bu işgəncə metodu ilə qarşı-qarşıya duraraq onu daşımağı rədd edir. Demokratiyanın mədəni quldarlıq, kapitalizmin dünya insanını əsarət zəncirinə vurarkən bundan əziyyət çəkən milyonlar, milyardlar bu qanunauyğunsuzluğa “YOX” deyərək dünyanı yeni idarəçiliyə səsləyir. Güclərin əlində alətə çevrilən demokratiya, dünya iqtisadiyyatına əl qoyan qanlı pəncə, təzyiq mexanizmi hərbi güc dünya həyatının ən məşəqqətli simasını formalaşdırıb. Qeyri-bərabərlik, sosial ayrı-seçkilik, hərbi müdaxilələr, iqtisadi embarqolar bu günün demokratiyasını öz istəklərinə alət edərək dünyanı insanlıq üçün çəkilməz hala gətirib.
Bəllidir ki, bu bəşəriyyətin arzulamadığı, istəmədiyi və daşıya bilmədiyi sistemdir. Buna hər növ etirazlar güclərin təzyiqi ilə susdurulan mənzərə dünya üçün demokratiyanı da sona gətirib. Bir zamanlar millətçilik-Nasionalizm, sosial bərabərlik-Sosializm, çəkilməz olaraq məhvə uğradığı kimi bu günün dünyası mədəni quldarlıq-Kapitalizmi də dünya səhnəsindən silib atmağı yeganə və tək yol görür. Haqlı olaraq demokratiyanın qeyri-bərabərlik mühitində dəstək verdiyi vəhşilik dünyanı güclər arasında bölərək ümumi bəşəriyyətə aclıq, xəstəlik, səfalət, istismar və sair ifrat yoxsulluq gətirincə digər qrupunu ağlagəlməz gözəl həyatla mükafatlandırdı. Daha dəhşətlisi isə bütün bunlar həmən böyük sayın əlindən alınan hüquqları sayəsində demokratiyanın təminatçıları tərəfindən gerçəkləşdirilərək icra edilir.
Bu gün dünyanın böyük əksəriyyəti qeyd olunan haqsızlığa etiraz edərək dünyanı yeni dəyişiklik astanasına gətirib. İnsanlıq bir neçə dövlətin maraqlarına çalışan ÜST, NATO, OPEK, ATƏT, AŞPA, Dünya Bankı və sair adı ümumi, məqsədləri xüsusiləşən təşkilatların varlığını qəbul etmədən onları rədd edərək ədalətli bir düzənin qurulmasına keçid edir. Mütləq yeni bir düzən və yeni, ədalətli bir sistemin qurulacağı şübhəsizdir. Bu diktator rejimlərin, demokratiyanı öz siyasi oyunlarına vasitə edən böyük güclərin bəşəriyyəti gətirdikləri cəhənnəmdən tək çıxış yolu olduğundan onun gerçəkləşməsi qaçılmazdır və bu prosses sürətlə icra olunur.
Maraqlı bir məqamda qeyd olunması yerinə düşərdi. Dünyaya son verən siyasi ideologiya onu sonlayan düşüncə məktəbinə məğlubiyyəti həmişə birincinin ikinciyə tabeçiliyi ilə yekunlaşıb. Dünyanın bu günündə yerdəyişmə isə növbəti ideologiyanın yer aldığı gündəmi daha aydın təqdim etməkdədir.
 
Müsəlman Birliyi Hərəkatı