Xeyriyyəçi Maarif Əliyevə hökm oxunub

Ehtiyaclı insanların ağır həyat yükünə yardımçı olan inanclı, xeyriyyəçi Hacı Maarif Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Mart 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prossesdə Maarif Əliyev barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. İclasda şahidlərin dindirilməsindən sonra son qərar elan edib. Hakim, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Hacı Maarif Əliyevi 3 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, Maarif Əliyev 2023-cü il martın 12-də saxlanılıb. Ölkədə geniş həbs dalğasının gerçəkləşməsi öz günahsız qurbanları sırasında onu da daxil edib. Həbs dövrünə qədər illərdir ki, Maarif Əliyev aztəminatlı ailələr, ehtiyaclı şəxslər, xəstə və məhrum insanlara yardım əlini uzatmaqla cəmiyyətdə sevilib.