Vüsal Nadiroğlu 6 il müddətinə azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsi fevralın 21-i növbəti məhkəmə iclasına son verib. 2023-cü ilin martında saxlanılan psixoloq Vusal Alış Nadiroğlu 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) şübhəli bilinib. Dövlət ittihamçısı Nadiroğlu barəsində 10 il 6 ay cəza verilməsini istəsə də, hakim bu qərarı 6 ilə qədər endirib. Psixoloq 2015-ci il Nardaran hadisələri zamanı da saxlanılmışdı. O zaman Vüsal 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 2021-ci ilin martında isə əfv sərəncamı ilə o, azadlığa çıxmışdı.

Ölkədə həbs dalğası kütləvi şiə inanclılarının saxlanılması ilə hər gün daha çox genişlənir.