Türkiyədə çevriliş cəhdi işi üzrə 72 nəfər ömürlük həbs cəzasına məhkum olunub

Türkiyədə 2016-cı ilin iyulunda qarşısı alınmış hərbi çevriliş cəhdi işi üzrə 72 nəfər ömürlük həbs cəzasına məhkum olunub. APA-nın xəbərinə görə, məhkum olunan şəxslər iyul hadisələri zamanı İstanbulda körpü üzərində 34 vətəndaşın qətlində təqsirli biliniblər.  

Daha 27 nəfər qeyd olunan iş çərçivəsində 15 il müddətinə məhkum olunublar, 44 nəfərə bəraət verilib.   

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdi zamanı 250 nəfərdən çox insan ölüb.