Türkiyənin 16 vilayətində keçirilən “Bozdoğan-2” antiterror əməliyyatı çərçivəsində 120 nəfər saxlanılıb.
Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, saxlanılan şəxslər Suriyada terrorçu qruplarla əlaqədə olmaqda, terrorizmi təbliğ etməkdə və qanunsuz küçə aksiyaları təşkil etməyə çağırışlarda şübhəli bilinirlər.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələri saxlanılanlara aid silah və rəqəmsal materiallar da müsadirə ediblər.
Türkiyədə antiterror əməliyyatında 120 nəfər saxlanıldı