Türkiyə və İran xarici işlər nazirləri görüşüblər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, iki ölkənin XİN rəhbərləri bu görüşdə qarşılıqlı əlaqələri və bir sıra regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Abdullahiyan Ankaraya yola düşdükdən öncə mətbuata verdiyi açıqlamada deyib:

“Bu gün plana əsasən və regional proseslərə görə mən Rusiya və Ankaraya səfər etməli idim, amma sonda Rusiyaya getmək təxirə salındı və mən Ankaraya yola düşürəm.”