Türkiyə İrandan aldığı qazın həcminin artırılmasını istəyir

Türkiyənin İrandan aldığı təbii qazın həcmi son 2 ilin qış aylarında 30 milyard kubmetrdən 6 milyarda enib.

Operativtv.com APA-nın İstanbul müxbirinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bu problemin aradan qaldırılması üçün işlərin görülməsini istəyir.