Türk lirəsi rekord həddə ucuzlaşdı

Türk lirəsi ABŞ dolları və Avro qarşısında daha da ucuzlaşıb. USD/TRY məzənnəsində yeni rekord qeydə alınıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Dollar/Türk Lirəsi məzənnəsi (USD/TRY) 2,1 faiz artaraq 26,94 lirə səviyyəsini keçib. Avro/Türk Lirəsi də 2,3% artaraq 30,37 lirə səviyyəsinə çatıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Mərkəzi Bankı (TCMB) əsas uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırıb, daha sərt pul siyasəti yürüdəcəyini vəd edib. TCMB cümə axşamı faiz qərarını açıqlayacaq. Bankın faizi 5 bənd artıraraq 15%-dən 20%-ə yüksəldəcəyi gözlənilir.