Fevralın 25-də saxlanılan ictimai fəal Turan İbrahim fevralın 26-da səhər saatlarında sərbəst buraxılıb.
Bu barədə Turan İbrahim Meydan TV-yə deyib.
O, Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsində saxlanıldığını bildirib:
"Mənə heç bir təzyiq olmadı, səhər məhkəməyə aparılacağımı gözləyirdim, amma dedilər ki, sərbəstsən”.
Turan İbrahimi fevralın 25-də "10 CC 010” dövlət nömrə nişanlı "Hyundai Genesis” avtomobilinə mindirib, aparıblar. Qardaşı Toğrul İbrahim onun hara aparıldığı haqda məlumatsız olduğunu deyib.
Turan İbrahimin atası, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 12 gün öncə, fevralın 13-də azadlığa buraxılıb. O, 2015-ci il sentyabrın 29-dan həbsdə idi. Üç nəfəri döyməkdə ittiham olunan Məmməd İbrahim Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilmişdi.
Turan İbrahim sərbəst buraxılıb
Oxşar xəbərlər