ToplumTV və AbzasMedia üzvülərindən bəzilərinin məhkəməsi keçirilib

Bakı Apellyasiya Məhkəməsi martın 15-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin şikayətini təmin etməyib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Martın 15-də Abzas Media işi ilə bağlı Apellasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin martın 7-də həm Hafiz Babalı, həm də Elnarə Qasımova barəsində verdiyi həbs qətimkan tədbiri müddətinin 3 ay uzadılması ilə bağlı verdiyi qərarı qüvvədə saxlayıb.

Matın 15-də Xətai Rayon Məhkəməsində hakim Rəfael Sadıqovun sədrliyi ilə keçirilən prosesdə “Abzas Media” işi üzrə saxlanılan Məhəmməd Kekalovun barəsində verilən həbs qətimkan tədbiri müddəti daha 3 ay uzadılıb.