Təl-Əviv və Hayfada Netanyahuya qarşı kütləvi nümayişlər

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, işğal olunmuş ərazilərin sakinləri bu şənbə günü Təl-Əviv və işğal olunmuş ərazilərin bir sıra digər şəhərlərində İsrail rejimin baş nazirinə etiraz ediblər.

İsrail mediası nümayişçilərin sayının on minlərlə olduğunu təxmin edir. Keçən şənbə, hətta təkcə Təl-Əvivdə də Netanyahuya qarşı nümayişdə ən azı 110 min israilli iştirak edib. İşğal olunmuş ərazilərdə şənbə günləri Benyamin Netanyahunun qara günləri idi. Yüz minlərlə məskunlaşmaçı ifrat sağçı İsrail kabinetinin ifratçılıq və qeyri-qanuni hərəkətlərinə etiraz etmək üçün küçələrə çıxaraq Likud partiyası və müttəfiqləri devrilənə qədər etirazları davam etdirmək istəyirlər.