Təhlükəsizlik Şurası Qəzzada dərhal atəşkəs qətnaməsini təsdiqlədi - Amerika bitərəf qaldı

Qəzzada dərhal atəşkəs barədə qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib.

BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü müsbət səs verərək sözügedən şuranın qeyri-daimi üzvlərinin Qəzzada dərhal atəşkəsin yaradılmasına dair təqdim etdiyi qətnaməni dəstəkləyib. Şuranın daimi üzvü olan Amerika Birləşmiş Ştatları səsvermədə bitərəf qaldı. Bununla da Qəzzada atəşkəsin yaradılmasına dair qətnamə təsdiq edildi.

 

İRNA