Tehran imamcüməsi Fars körfəzindən danışdı

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Tehran cümə namazı xətibi üç adanın əbədi olaraq İrana aid olduğunu və heç kimin onlara əl uzada bilməyəcəyini vurğulayıb.

Bu həftə Tehranda cümə namazını qılan Ayətullah Seyid Əhməd Hatəmi Fars körfəzi ilə bağlı iddialara toxunaraq deyib: Fars körfəzi köhnə sənədlərdə də bu adla çəkilir. Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları İranın mülküdür və heç kim onlara əl uzata bilməz.

Tehran cümə natiqi həmçinin İranın sanksiyalardan asılı olmayaraq yoluna davam etdiyini və İrana qarşı sanksiyaların davam etdirilməsi ilə bağlı böyük irəliləyiş əldə edəcəyini bildirib və deyib: Avropa, Amerika və onların müttəfiqləri İranı təcrid etmək məqsədi ilə sanksiya yarışına giriblər, lakin bu məqsədə heç vaxt çata bilməyəcəklər.

Tehranın cümə namazı xətibi həmçinin Fransanın “Charlie Hebdo” jurnalının İslam İnqilabının Rəhbəri Ayətullah Xameneini təhqir etməsinə işarə edərək, bu jurnalın bağlanması lazım olduğunu bildirib və deyib: Bu çirkin əməlin məqsədi İslamın kökünü kəsməkdir. İslama canımızı fəda edirik. İslamın nurunu söndürmək istəyirlər, amma Allahın köməyi ilə bu işıq sönməyəcək.