Tbilisidə atıcılıq mərkəzində partlayış olub, ölənlər və yaralılar var

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əraziyə polis və yanğınsöndürənlər cəlb edilib, faktla bağlı araşdırma aparılır.