Tanınmış müctəhid Ayətullah Safi Gülpayeqani vəfat edib

İslam dünyasının tanınmış müctəhidi Ayətullah Safi Gülpayeqani bu gün İranın Qum şəhərində vəfat edib...

İslam dünyasının tanınmış müctəhidi Ayətullah Safi Gülpayeqani bu gün İranın Qum şəhərində vəfat edib.

İnterAz xəbər verir ki, bu barədə mərhum alimin dəftərxanası bəyanat verib.

Bəyanatda bildirilib ki, İslam dini və Əhli-Beyt yolunda böyük zəhmətlər çəkmiş müctəhid ötən gecə Qum şəhərində yerləşən Gülpayeqani xəstəxanasında 102 yaşında vəfat edib.

Qeyd edək ki, Ayətullah Safi Gülpayeqaninın İslam dini və Əhli-Beyt maarifinin təbliği və izahı ilə bağlı yüzdən çox əsərin müəllifidir. Onun “Muntəxəbul-əsər fil-İmam əs-sani əşər” əsəri çox mütaliə edilən kitablar arasındadır. Əlavə edək ki, Ayətullah Safi Gülpayeqani İranın Nəzarətçilər Şurasının ilk katibi olub.