“Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində daha üç oyun keçirilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, “Sabah” evdə “Sumqayıt”ı 2:0, “Zirə” isə səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

Digər görüşdə “Neftçi” “Səbail” üzərində qələbə qazanıb – 3:0.

Qeyd edək ki, turun sonuncu – “Qəbələ” – “Araz-Naxçıvan” matçı mayın 19-da keçiriləcək.