Yanvarın 7-də Azərbaycanın müxtəlif rayonlarından olan bir qrup stomatoloq Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) inzibati binasının qarşısında etiraz aksiyası keçirib.
Etirazçılar bildiriblər ki, aksiyaya səbəb iş yerlərinin ixtisar olunmasıdır. Aksiya iştirakçıları baş verənlərə görə TƏBİB rəhbərliyini günahlandırıblar.
Etirazçılar, xüsusilə regionlarda stomatoloqlara ehtiyacın daha böyük olduğunu vurğulayıblar. Onların sözlərinə görə, 100-150 mindən çox əhalisi olan rayonlarda hər xəstəxanada yalnız üç stomatoloq ştatı saxlanılıb.
“Biz nə etməliyik? Heç bir yerdə işləmirik. Biz öz işimizə bərpa olunmaq istəyirik”, – etiraz edən həkimlərdən biri deyib.
Aksiyada çıxış edən digər stomatoloq isə Zaqatalada uzun illər çalışdığını bildirərək ixtisar qərarını ədalətsiz sayıb:
“Mən şəxsən 34 ildir Zaqatala Rayon Diş Poliklinikasında işləyirəm. TƏBİB müəssisəni bu günədək heç bir təchizatla təmin etməyib. Hər şeyi şəxsi vəsaitimizlə almışıq. Bu qədər illər əziyyətimiz qarşısında bu gün çağırıb deyirlər ki, “siz ixtisar olunursunuz”. Yəni, 500 manat maaş o qədər çətin vəsaitdir ki, bunu bizə ödəyəsiniz? Zaqatala endemik zonadır. 130 min əhalisi var. Rayonda 22 təhsilli həkim var. 19 həkimi ixtisar edib, cəmi 3 həkim saxlayıblar. 130 min əhaliyə 3 həkimin xidmət etməsi nə dərəcədə düzgündür? 34 ildir fəaliyyət göstərən həkimi ixtisar etmək nə dərəcədə doğrudur? Düşünürük ki, məmur haqsızlığına uğramışıq”, – etirazçı bildirib.
Xaçmazdan gələn stomatoloq da ixtisarların tibbi xidmətə təsiri, maliyyələşmə problemləri və ödəniş tələbləri ilə bağlı narazılıq səsləndirib:
“184 min əhalisi olan Xaçmazda 27 stomatoloq var. Hər 3-4 min nəfərə xidmət göstərəcək 1 stomatoloq lazımdır. Onları da ixtisar edirlər. Bizi maliyyələşdirmirlər, bütün materialların, hətta assistentin ödənişini özümüz edirik. Bundan əlavə, aylıq 1200-1800 manat ödəniş istəyirlər. Verdikləri maaş da 531 manatdır. Onsuz da Azərbaycanda həkim çatışmazlığı var. Bu ixtisarların əsası nədir? Heç bir sualımız cavablandırılmır. Regionlar üzrə 1140 nəfər həkimi ixtisar etmək istəyirlər”, – o vurğulayıb.
TƏBİB isə müxtəlif rayonlardan olan stomatoloqların etirazına münasibət bildirib. “APA”nın məlumatına görə, qurumdan bildirilib ki, stomatoloji xidmətlərin əksəriyyəti - 149 adda xidmət icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir.
Qurumun açıqlamasında qeyd olunub ki, aparılan təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resurslardan qeyri-səmərəli istifadə edildiyi, həmçinin ödənişlərin tam şəkildə nağdsız rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib.
TƏBİB əlavə edib ki, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükü yaradır. Qurumun iddiasına görə, stomatoloji xidmət zamanı istifadə olunan maddi resurslar - əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s. bu xidmətlərdən əldə edilən maliyyə gəlirlərini üstələyir. Bu səbəbdən xidmətlərin əvvəlki həcmlərdə davam etdirilməsinin iqtisadi cəhətdən səmərəli hesab edilmədiyi və “əlavə optimallaşdırma tədbirlərinə” ehtiyac yarandığı bildirilib.
Açıqlamada, həmçinin Əmək Məcəlləsinə istinad edilərək, əmək şəraitinin şərtlərini dəyişdirmək, işçilərin sayını və ya ştatları ixtisar etmək hüququnun işəgötürənə məxsus olduğu, ştat ixtisarının isə əmək müqaviləsinə xitam verilməsi əsaslarından sayıldığı vurğulanıb. TƏBİB bildirib ki, tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) “optimallaşdırılması”, o cümlədən ixtisar prosesi əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə həyata keçirilir.
Stomatoloqlar TƏBİB qarşısında etiraz edib: “34 ildir fəaliyyət göstərən həkimi ixtisar etmək nə dərəcədə doğrudur?”