Son 7 ayda ən azı 45 hərbçinin həyatını itirib

İyulun 30-da Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ilə bağlı hesabat yayıb. Hesabat 2023-cü ilin 7 ayını əhatə edir.
Sənəddə son 7 ayda ən azı 45 hərbçinin həyatını itirdiyi qeyd olunub:
“Onlardan 9 nəfəri döyüş (Ermənistan ordusunun gülləsindən və mina partlayışı), 37 nəfəri isə qeyri-döyüş itkiləridir. 4 nəfər yol-nəqliyyat hadisələrindən və ya müxtəlif avtoqəzalardan, 9 nəfər müxtəlif xəstəliklərdən, 1 nəfər qeyri-nizamnamə hadisələrindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər isə bədbəxt hadisədən vəfat edib”.
Hesabatda cari ildə 17 hərbi qulluqçunun intihar etdiyi qeyd olunub.
 
Meydan TV