Son 3 ayda ABŞ bazalarına 134 hücum olub

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son 3 ayda İraq və Suriyadakı ABŞ bazalarına 134 hücum edildiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 1 oktyabr - 31 dekabr 2023-cü il tarixlərini əhatə edən hesabatını Konqresə təqdim etdi, 31-12-2.

Məlumata görə, son 3 ayda ABŞ-ın İraq və Suriyadakı bazalarına 134 hücum edilib.

Sionist İsrailin oktyabrın 7-də Qəzzaya hücumlarından sonra ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumları artıb.

ABŞ-ın İraqda 2500, Suriyada isə 900 əsgəri var.